Eksteryer mənşəcə latın sözü olub, müəyyən bir əşyanın xarici görünüşü deməkdir. Əsasən, insanlar ilkin olaraq daxili gözəlliyin önəmli olduğunu söyləyirlər. Amma, reallıqdan danışsaq, biz ən az daxili gözəlliyə önəm verdiyimiz qədər xarici gözəlliyə də önəm veririk. Gündəlik yaşamımızda hər hansısa bir əşyaya və yaxud insana baxdığımızda ilkin olaraq xarici görünüşü qiymətləndirik və sonra daxilinə nəzər yetirik. Sözsüz, daxili və xarici gözəlliyi ayrı-ayrılıqda təsəvvür etmək olmaz. Hər ikisi bir-biri ilə vəhdət təşkil etməlidir. Ekteryer dizayn - ofislərin, evlərin, ticarət komplekslərinin, bağ evlərinin, restoranların, mağazaların və digər obyektlərin xarici görünüşünün dizayn edilmə prosesidir. Bunlara: fasad, dəri, dam və təməl elementler daxildir. Eksteryer dizayn - yaşayış yerinin və ya məkanın memarlığına mükəmməl bir iltifat verir. Hər hansısa bir yaşayış binasına yaxınlaşdıqda, ilk fərqinə vardığımız binanın xarici görünüşü olur. Binaya baxanda beynimizdə elə xoş təəssürat yaranmalıdır ki, biz ora daxil olmaq istəyək. Əgər xarici görünüş qane edici olmasa, bizim həmin yerə daxil olmaq cəsarətimiz itəcək. Gəlin buna bir məsəl göstərək.
Biz hər hansısa bir iş yerinə cv göndəririk və müsahibəyə çağırılırıq. İlk öncə həmin yerə yaxınlaşdıqda biz ofisin xarici görünüşünə nəzər yetiririk. Əgər görünüş bizi qane etmirsə, ora daxil olmaq istəyimiz azalır. Eksteryer dizayn - ilkin baxış, hiss edilişdir, görünüşü qiymətləndirmədir. Eksteryer dizaynın əsas məqsədi binaların xarici görünüşünü baxımlı, cəlb edici etməkdir. Məhz buna görə də, müasir, zövq oxşayan, estetik məkana sahib olmaq üçün, sizin UNICONS ailəsinin peşəkar komandasının yardımına ehtiyacınız olacaq!
İndividual qiymət təklifinə ehtiyacınız var ?
Tələb olunan xanaları doldurun və ən qısa zamanda nümayəndəmiz tərəfindən sizə özəl hazırlanmış qiymət təklifini əldə edin.