İnteryer dizayn ev və digər məkanların daxilində olan yerlərin estetik görünüşünü, ahəngdarlığını, əşyaların bir-birinə olan estetik və rəng uyğunluğunu, insanların xarakteri və davranışlarını anlayıb, bunları ümumi kombinasiya edərək məkan ilə funksional sahələr yaradan bir incəsənət növüdür. Hər bir insanda daxili gözəllik önəmli olduğu kimi, bir binanın və yaxud hər hansısa bir yaşayış sahəsinin daxilindəki gözəllik də əsas önəm daşıyan nüanslardan biridir. Buna görə də hər bir fərd məkanın daxilinin gözəlliyinə xüsusi önəm verməlidir. Yaşadığımız məkanın rahat və cazibəli olması interyer dizaynerdən aslıdır. İnteryer dizayn sahəsi insanlara özünü həm mənəvi, həmdə fiziki olaraq rahat hiss etdirən, onların dünyaya olan baxışını zənginləşdirən sənətdir. Bu sənət sahəsində artıq insanlar öz arzularında olan məkanlara gerçəkdə sahib olurlar.
İnteryer Dizayner kimdir?
Bu günə qədər sizin gerçəkləşdirə bilmədiyiniz, lakin xəyallarınızda olan məkana qovuşduracaq bir sehirbaz. Və biz UNICONS ailəsi olaraq bu sahədə yüksək təhsil almış, özünü tanıtmış dizaynerləri bir araya toplayaraq öz komandamızı yaratdıq . Məqsədimiz komandamızı böyüdərək dizayn layihələrimizlə təmir və tikintidə öz imzamızı atmaqdır.
İnteryer Dizayner nə iş görür?
İnteryer dizayn vəzifəsini üzərinə götürən dizaynerlərin Vəzifələri bunlardan ibarətdir :
- Müştərinin təmirə başlamadan öncə istəklərini və layihənin tələblərini müəyyən etmək
- Məkanın necə istifadə ediləcəyini planlaşdırmaq
- Elektrik planları və ilkin dizayn planlarının eskizini yaratmaq
- İşıqlandırma, divar örtükləri, döşəmə və santexnika qurğuları kimi materialları müəyyən etmək
- Kompüret dizayn proqramları və əl ilə çəkmə bacarıqlarından istifadə edərək layihələr təqdim etmək üçün eskizlər, rəsmlər və mərtəbə planlarını hazırlamaq
- Material və işçi qüvvəsi də daxil olmaqla layihənin büdcəsini müəyyənləşdirmək
- Yerində müşahidələr aparmaq və davam edən dizayn layihələrini asanlaşdırmaq üçün təkliflər irəli sürmək
- Müştərinin məmnun olmasını təmin etmək üçün layihədən sonra da müştəri ilə əlaqə saxlamaq